Liderlik və inkişaf

Təlimçilər üçün Təlim

Təlimlərin planlaşdırılması, keçirilməsi və qiymətləndirilməsi; auditoriya qarşısında bacarıqlar.

Format
Əyani
Dil
Azərbaycan dili
Sertifikat
HRENGINEERING MMC
Növbəti qrup
Qeydiyyat açıqdır
Qiymət
Sorğu ilə

Təlimin məqsədi

Bu proqramın əsas məqsədi peşəkar təlimçilərin hazırlanması və onların effektiv tədris bacarıqlarının inkişaf etdirilməsidir. Təlim iştirakçılara təlimlərin planlaşdırılması, keçirilməsi və qiymətləndirilməsi sahəsində nəzəri və praktiki biliklər qazandıraraq peşəkar təlimçi kimi formalaşmalarını hədəfləyir.

Təlim haqqında ümumi məlumat

Tədris günləri: Həftədə 2 dəfə – həftəiçi 19:00–21:00 Şənbə və bazar: 11:00–14:00

Təlim metodu

Təlim interaktiv yanaşma əsasında təşkil olunur. Nəzəri biliklərlə yanaşı, praktiki tapşırıqlar, qrup müzakirələri, rol oyunları və real situasiyalar üzərində iş aparılır. İştirakçılar öyrəndiklərini dərhal tətbiq etmə imkanı əldə edirlər.

Qiymətləndirmə və sertifikat

Təlimi uğurla bitirən iştirakçılar “HRENGINEERING” MMC tərəfindən rəsmi sertifikatla təltif olunurlar. Sertifikat iştirakçının HR və təlim sahəsində beynəlxalq standartlara uyğun praktiki biliklərə malik olduğunu təsdiq edir.

Təlim mövzuları

I Modul – Təlimçilik işinə giriş və əsaslar

Təlim, seminar və master-klass fərqləri

  • Effektiv təlimin prinsipləri
  • Təlimçi–iştirakçı münasibətləri
  • II Modul – Təlim prosesinin mərhələləri və “5P” modeli
  • Planlama
  • Hazırlıq
  • Model / Nümunə
  • Təqdimat

Qiymətləndirmə

  • III Modul – Təlimçi bacarıqları və auditoriya ilə iş
  • Auditoriyaya təsir texnikaları

İştirakçı tipləri

  • Çətin suallar və çətin iştirakçılarla iş
  • IV Modul – İnteraktivlik və qarşılıqlı təsir
  • İlkin təəssüratın yaradılması

Təlim zamanı motivasiyanın artırılması

  • Effektiv məlumat ötürmə metodları
  • V Modul – Keyfiyyət yönümlü təlim strategiyaları

Təlim strukturunun hazırlanması

  • Tapşırıqların dizaynı
  • Yetkin və gənclər üçün təlim yanaşmaları
  • VI Modul – Nitq və ritorika
  • Nitqin qurulması
  • Səs və bədən dilinin idarə olunması
  • Təqdimat bacarıqları
  • VII Modul – Professional təlimçi
  • Peşəkar təlimçi modeli
  • Təlimçinin dəyərləri, vizyonu və inkişafı

Təlimçi

Xəyal Abdullayev

Təhsil, sığorta, inşaat, FMCG və distribusiya

Xəyal Abdullayev B2B və B2C satış, öyrənmə və inkişaf (L&D), eləcə də təlimçilərin təlimi (TOT) sahələri üzrə ixtisaslaşmış peşəkar təlimçidir. Təhsil, sığorta, inşaat, istehsalat, FMCG və distribusiya sektorlarında zəngin praktiki təcrübəyə malikdir.

Təlimçilər üçün Təlim Müraciət et