İnsan resursları

HR AI Təlimi

Süni intellektin biznes və HR proseslərinə tətbiqi, AI əsaslı qərarvermə və kompetensiya modeli.

Format
Əyani və onlayn
Dil
Azərbaycan dili
Sertifikat
HRENGINEERING MMC
Növbəti qrup
Qeydiyyat açıqdır
Qiymət
Sorğu ilə

HR AI Təlimi

İş mühitində süni intellektin (AI) tətbiqi artıq rəqabət üstünlüyü deyil, zərurətdir. Bu təlim iştirakçılara AI-nin biznes və HR proseslərinə təsirini , analitik düşüncə və AI əsaslı qərarvermə bacarıqlarını praktiki nümunələr üzərindən öyrədir.

Təlimin Məqsədi

Bu AI təliminin əsas məqsədi:

  • Süni intellektin iş mühitində yaratdığı imkanları anlamaq
  • AI əsaslı alətləri effektiv və etik şəkildə tətbiq etmək
  • Analitik düşüncə, məhsuldarlıq və adaptasiya bacarıqlarını inkişaf etdirmək
  • HR, menecment və biznes proseslərində AI transformasiyasına hazırlaşmaqdır

Təlim real iş ssenariləri və praktiki tapşırıqlar üzərində qurulub.

Təlim Metodu

Təlim interaktiv və praktiki yanaşma əsasında keçirilir:

  • Case study-lər
  • Real biznes ssenariləri
  • Canlı müzakirələr
  • AI alətləri ilə praktik tətbiqlər
  • Tapşırıq əsaslı öyrənmə

Təlim Haqqında Qısa Məlumat

Tədris günləri: – Həftədə 2 dəfə (19:00–21:00) – Şənbə və bazar (11:00–14:00)

Təlimin Mövzuları

  • Həftə 1 – AI əsasları
  • Generativ AI: növləri, üstünlükləri və məhdudiyyətləri
  • Etik və təhlükəsiz AI istifadəsi
  • Həftə 2 – AI ilə məhsuldarlıq
  • Yazı və sənədləşdirmədə AI
  • Təqvim, görüş və layihə idarəetməsində AI tətbiqləri
  • Notion AI və Copilot ilə iş planlarının hazırlanması
  • Həftə 3 – Avtomatlaşdırma və analitika
  • RPA (robotik proses avtomatlaşdırması) anlayışı
  • Sorğular, formalar və məlumat emalı üçün AI
  • ChatGPT ilə avtomatlaşdırılmış iş ssenariləri
  • Analitika və dashboardlarla işləmək
  • Həftə 4 – Peşələr üzrə AI tətbiqləri
  • HR, menecerlər, sahibkarlar və ekspertlər üçün AI istifadəsi
  • AI tətbiq yol xəritəsinin hazırlanması
  • Həftə 5 – Capstone Layihə
  • Real iş mühiti üçün AI əsaslı layihənin hazırlanması

Qiymətləndirmə və Sertifikat

Təlimi uğurla bitirən iştirakçılara HRENGINEERING MMC tərəfindən rəsmi sertifikat təqdim olunur. Sertifikat iştirakçının AI və HR sahəsində beynəlxalq standartlara uyğun praktik biliklərə sahib olduğunu təsdiq edir.

Təlimçi

Fəxrəddin Abdullayev

13 ildən artıq təcrübə, Xəzər Universiteti

Fəxrəddin Abdullayev karyera inkişafı, insan resurslarının idarə edilməsi (HR), öyrənmə və inkişaf (L&D) və şəxsi inkişaf sahələrində 13 ildən artıq peşəkar iş təcrübəsinə malik olan aparıcı biznes təlimçisidir. O, Xəzər və Taras Şevçenko adına Kiyev Milli Universitetlərində Beynəlxalq Münasibətlər və Geosiyasət ixtisasları üzrə ali təhsil almışdır.

HR AI Təlimi Müraciət et