İnsan resursları

HR Data Analitikası Təlimi

Analitika əsaslı qərarvermə və HR risklərinin idarə edilməsi. Məlumatların düzgün toplanması, təhlili və real keyslər üzərində data flow qurulması.

Format
Hibrid: əyani və onlayn
Dil
Azərbaycan dili
Sertifikat
HRENGINEERING MMC
Növbəti qrup
Qeydiyyat açıqdır
Qiymət
Sorğu ilə

Təlimin məqsədi

Bu təlimin əsas məqsədi iştirakçılara HR məlumatlarını səmərəli analiz etməyi, analitik riskləri düzgün idarə etməyi, data əsaslı qərarvermə bacarıqlarını inkişaf etdirməyi və HR analitikasında səhv interpretasiyanın qarşısını almağı öyrətməkdir.

Təlim HR analitik düşüncə tərzinin formalaşdırılmasına fokuslanır. Metod: interaktiv, tapşırıq əsaslı, real keyslər və əlavə materiallar.

Kimlər üçündür

  • HR data analitikası sahəsində karyera qurmaq istəyən mütəxəssislər
  • HR analitikası ilə məşğul olan və bacarıqlarını dərinləşdirmək istəyən menecerlər
  • Məlumat əsaslı qərarverməni öyrənmək və tətbiq etmək istəyən peşəkarlar
  • Rəqəmlərlə işləməyi sevən və analitik düşüncəsini inkişaf etdirmək istəyən şəxslər

Proqram

HR data analitikasına giriş

3 mövzu
  • İnsan resursları və HR analitikasının tarixi
  • Data analitika ilə tanışlıq, data strukturları və növləri
  • HR analitikasının məqsədi və əhəmiyyəti

HR analitika və statistik yanaşmalar

4 mövzu
  • HR üzrə ümumi statistik hesabatlar
  • HR əməliyyatlarında data analitikanın tətbiqi
  • Niyə HR analitika vacibdir
  • HR analitika mərhələləri

HR metrikləri və ölçmə

6 mövzu
  • HR analitikası üçün əsas metodlar və metriklər
  • Ümumi və demoqrafik metriklər
  • İşə qəbul metrikləri, kadr axtarışı və planlama
  • Turnover (işdən ayrılma) metrikləri
  • Performans, təlim və karyera metrikləri
  • Avropa və dünya praktikasında HR metrikləri

Qiymətləndirmə və sertifikat

Yekun

Təlimi uğurla başa vuran iştirakçılara HRENGINEERING MMC tərəfindən rəsmi sertifikat təqdim olunur. Sertifikat fərqlənmə, müvəffəqiyyət və iştirak səviyyələrinə uyğun verilir.

Təlimçi

Seymur Mahmudlu

Azərsun Holdinq, Analitika şöbəsinin müdiri

Seymur Mahmudlu HR Data Analitikası, Biznes Analitikası və Layihə İdarəetməsi sahələrində ixtisaslaşmış peşəkar təlimçi və analitika mütəxəssisidir . Hazırda Azərsun Holdinq -də Analitika şöbəsinin müdiri kimi fəaliyyət göstərir və data əsaslı qərarvermə proseslərinin qurulmasında aktiv rol oynayır.

HR Data Analitikası Təlimi Müraciət et