Təlimçilərimiz

Hər proqramı öz sahəsində hazırda çalışan praktik aparır: analitika rəhbərləri, SHRM sertifikatlı HR ekspertləri, dövlət satınalmaları, payroll və əməyin mühafizəsi mütəxəssisləri, 20 ildən artıq təcrübəli biznes təlimçiləri.

Seymur Mahmudlu

HR data analitikası, biznes analitikası

Azərsun Holdinq, Analitika şöbəsinin müdiri

Seymur Mahmudlu HR Data Analitikası, Biznes Analitikası və Layihə İdarəetməsi sahələrində ixtisaslaşmış peşəkar təlimçi və analitika mütəxəssisidir . Hazırda Azərsun Holdinq -də Analitika şöbəsinin müdiri kimi fəaliyyət göstərir və data əsaslı qərarvermə proseslərinin qurulmasında aktiv rol oynayır.

  • Power BI
  • HR metrikləri
  • Layihə idarəetməsi
Bütün təlimlər

Aygül Salimova

HR strategiyası, SHRM-SCP/CP

10 ildən artıq təcrübə, beynəlxalq sertifikatlı

Aygül Salimova 10 ildən artıq təcrübəyə malik, SHRM-SCP/CP beynəlxalq sertifikatlı, nəticəyönümlü insan resursları mütəxəssisidir. İnsan kapitalının inkişafı, performansın idarə olunması, istedadların aşkarlanması və korporativ təlim proqramlarının qurulması sahələrində həm lokal, həm də beynəlxalq layihələrdə aktiv iştirak etmişdir.

  • SHRM
  • Performans
  • İstedad idarəetməsi
Bütün təlimlər

Müşfiq Əmircanov

HR eksperti, əmək qanunvericiliyi

Bank və dövlət sektorunda uzunmüddətli təcrübə

Müşfiq Əmircanov insan resurslarının idarə edilməsi sahəsində uzunmüddətli praktiki təcrübəyə malik peşəkar HR eksperti və təlimçidir . Karyerası boyunca bank və dövlət sektorunda insan resurslarının əsas istiqamətləri üzrə rəhbər vəzifələrdə çalışmışdır.

  • Əmək Məcəlləsi
  • Kadr işi
Bütün təlimlər

Sahil Sabirzadə

Payroll, əmək münasibətləri

Karyerasına FINCA Azerbaijan-da başlayıb

Sahil Sabirzadə əməkhaqqının hesablanması, əmək münasibətlərinin tənzimlənməsi və payroll proseslərinin idarə edilməsi sahəsində ixtisaslaşmış peşəkar ekspertdir. Karyerasına FINCA Azerbaijan şirkətində başlamış, daha sonra Veysəloğlu Group , Gilan Construction Group , Gilan PSC və Dövlət Sosial Müdafiə Fondu kimi aparıcı qurumlarda müxtəlif məsul vəzifələrdə fəaliyyət göstərmişdir.

  • Payroll
  • Vergi və sığorta
Bütün təlimlər

Mətanət Səmədova

Dövlət satınalmaları

10 ildən artıq təcrübə, dövlət qurumları

Mətanət Səmədova dövlət satınalmaları sahəsində 10 ildən artıq təcrübəyə malik peşəkar mütəxəssisdir. O, müxtəlif dövlət qurumlarında satınalmaların təşkili, müqavilələrin icrası və təchizat proseslərinin idarə olunması üzrə geniş praktiki bilik və bacarıqlara sahibdir.

  • Satınalma
  • Müqavilə idarəetməsi
Bütün təlimlər

Rəsul Rzayev

Əməyin mühafizəsi və təhlükəsizlik

Yerli və beynəlxalq sertifikatlı mühəndis

Rəsul Rzayev əməyin mühafizəsi və təhlükəsizlik sahəsində yerli və beynəlxalq sertifikatlara malik , çoxillik praktiki təcrübəsi olan peşəkar mühəndis və təlimçidir. O, AZDƏMTTİ tərəfindən təsdiqli vəsiqəyə, habelə FHN zamanı alət və avadanlıqlardan istifadə icazəsinə malikdir.

  • SƏTƏM
  • Risk qiymətləndirmə
Bütün təlimlər

Xəyal Abdullayev

Satış, L&D, təlimçilərin təlimi

Təhsil, sığorta, inşaat, FMCG və distribusiya

Xəyal Abdullayev B2B və B2C satış, öyrənmə və inkişaf (L&D), eləcə də təlimçilərin təlimi (TOT) sahələri üzrə ixtisaslaşmış peşəkar təlimçidir. Təhsil, sığorta, inşaat, istehsalat, FMCG və distribusiya sektorlarında zəngin praktiki təcrübəyə malikdir.

  • B2B satış
  • TOT
  • L&D
Bütün təlimlər

Xatirə Yusifova

Biznesin və insan resurslarının idarə edilməsi

Akademik və peşəkar təlimçi, magistr dərəcəsi

Biznesin İdarə Edilməsi və İnsan Resurslarının İdarə Edilməsi sahəsində təcrübəli akademik və peşəkar təlimçi dir. Biznesin İdarə Edilməsi üzrə magistr dərəcəsinə malikdir və magistr dissertasiyasını İnsan Resurslarında performansın qiymətləndirilməsi mövzusunda yüksək akademik nəticə ilə müdafiə etmişdir.

  • HR MBA
  • Strategiya
Bütün təlimlər

Elçin Rəşid

Strateji modelləşdirmə, iqtisadi təhlil

SOCAR, dövlət qurumları, bank sektoru, 50+ özəl müəssisə

Elçin Rəşid dövlət və özəl sektor üçün strateji modelləşdirmə, iqtisadi təhlil və inkişaf layihələri üzrə təcrübəli ekspert və peşəkar təlimçidir . O, SOCAR , dövlət qurumları, bank sektoru və 50-dən çox özəl müəssisə ilə yanaşı, Dünya Bankı , Avropa İttifaqı və UNDP kimi beynəlxalq təşkilatların layihələrində ekspert qismində fəaliyyət göstərmişdir.

  • Strategiya
  • İqtisadi təhlil
Bütün təlimlər

Lətafət V. Rəhimli

Biznes təlimçisi, konsultant, mentor

20 ildən artıq təcrübə, 5 ölkə

Lətafət V. Rəhimli 20 ildən artıq təcrübəyə malik peşəkar biznes təlimçisi, konsultant və mentordur. O, Azərbaycanla yanaşı Türkiyə, Moldova, Nepal, Tacikistan və digər ölkələrdə yüzlərlə şirkət və dövlət qurumu üçün strateji və praktik yönümlü təlimlər həyata keçirmişdir.

  • Liderlik
  • Müştəri xidməti
  • Mentorluq
Bütün təlimlər

Fəxrəddin Abdullayev

Karyera inkişafı, HR, L&D

13 ildən artıq təcrübə, Xəzər Universiteti

Fəxrəddin Abdullayev karyera inkişafı, insan resurslarının idarə edilməsi (HR), öyrənmə və inkişaf (L&D) və şəxsi inkişaf sahələrində 13 ildən artıq peşəkar iş təcrübəsinə malik olan aparıcı biznes təlimçisidir. O, Xəzər və Taras Şevçenko adına Kiyev Milli Universitetlərində Beynəlxalq Münasibətlər və Geosiyasət ixtisasları üzrə ali təhsil almışdır.

  • Karyera
  • L&D
  • HR AI
Bütün təlimlər

Təlimçi olmaq istəyirsiniz?

Öz sahənizdə praktik təcrübəniz və bölüşməyə dəyər biliyiniz varsa, komandamıza qoşulun. Təlimçilər üçün hazırlıq proqramımız da var.

Müraciət et