Hüquq və uyğunluq

SƏTƏM Təlimi

Əməyin mühafizəsi sistemlərinin qurulması, qanunvericiliyə uyğunlaşdırılması və risklərin azaldılması.

Format
Əyani
Dil
Azərbaycan dili
Sertifikat
HRENGINEERING MMC
Növbəti qrup
Qeydiyyat açıqdır
Qiymət
Sorğu ilə

Əməyin Mühafizəsi Təlimi (ƏMƏK MÜHAFİZƏSİ)

Təlimin məqsədi

Bu təlimin əsas məqsədi müəssisə və təşkilatlarda əməyin mühafizəsi sistemlərinin qurulması, mövcud qanunvericiliyə uyğunlaşdırılması və istehsalat sahələrində risklərin minimuma endirilməsi üçün peşəkar kadrların hazırlanmasıdır. Təlim iştirakçılara əməyin mühafizəsi üzrə normativ-hüquqi baza, təhlükəsizlik qaydaları və praktiki tətbiq mexanizmləri haqqında sistemli bilik və bacarıqlar qazandırır.

Təlim metodu

  • İnteraktiv yanaşma
  • Tapşırıq əsaslı öyrənmə
  • Praktiki nümunələr və real case-study
  • Əlavə metodiki materiallar

Təlimin məzmunu

  • Əməyin mühafizəsi üzrə yerli qanunvericiliyin tələbləri
  • Yanğın təhlükəsizliyi və fövqəladə hallara hazırlıq
  • Müəssisələrdə əməyin mühafizəsi xidmətinin təşkili
  • İşçilərin əməyin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması
  • İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçotu
  • Risklərin qiymətləndirilməsi və idarə olunması
  • Texniki təhlükəsizlik və təhlükəsizlik texnikası
  • Hündürlükdə iş zamanı texniki təhlükəsizlik qaydaları

Təlimin mövzuları

Əsas modullar:

  • Əmək Məcəlləsi və əməyin mühafizəsi ilə bağlı normativ aktlar
  • Yanğın təhlükəsizliyi qanunvericiliyi
  • Texniki qurğuların istismarı zamanı təhlükəsizlik qaydaları
  • Təlimatların keçirilməsi və sənədləşmə
  • Risklərin analizi və qiymətləndirilməsi
  • Təhlükəsizlik üzrə daxili nəzarət mexanizmləri

İştirakçı profili

  • Əməyin mühafizəsi (ƏM) sahəsində çalışan mütəxəssislər
  • Bu sahədə karyera qurmaq istəyən şəxslər
  • İstehsalat, tikinti və xidmət sektorunda çalışan əməkdaşlar
  • HR, inzibati və texniki heyət nümayəndələri

Təlimin keçiriləcəyi dil

Azərbaycan dili

Qiymətləndirmə və sertifikat

Təlimi uğurla başa vuran iştirakçılara HRENGINEERING MMC tərəfindən rəsmi sertifikat təqdim olunur. Sertifikat iştirakçının əməyin mühafizəsi sahəsində beynəlxalq standartlara uyğun praktiki biliklərə malik olduğunu təsdiq edir.

Təlimçi

Rəsul Rzayev

Yerli və beynəlxalq sertifikatlı mühəndis

Rəsul Rzayev əməyin mühafizəsi və təhlükəsizlik sahəsində yerli və beynəlxalq sertifikatlara malik , çoxillik praktiki təcrübəsi olan peşəkar mühəndis və təlimçidir. O, AZDƏMTTİ tərəfindən təsdiqli vəsiqəyə, habelə FHN zamanı alət və avadanlıqlardan istifadə icazəsinə malikdir.

SƏTƏM Təlimi Müraciət et