Təlimin məqsədi
Bu proqramın əsas məqsədi peşəkar təlimçilərin hazırlanması və onların effektiv tədris bacarıqlarının inkişaf etdirilməsidir. Təlim iştirakçılara təlimlərin planlaşdırılması, keçirilməsi və qiymətləndirilməsi sahəsində nəzəri və praktiki biliklər qazandıraraq peşəkar təlimçi kimi formalaşmalarını hədəfləyir.
Təlim haqqında ümumi məlumat
Tədris günləri: Həftədə 2 dəfə – həftəiçi 19:00–21:00 Şənbə və bazar: 11:00–14:00
Təlim metodu
Təlim interaktiv yanaşma əsasında təşkil olunur. Nəzəri biliklərlə yanaşı, praktiki tapşırıqlar, qrup müzakirələri, rol oyunları və real situasiyalar üzərində iş aparılır. İştirakçılar öyrəndiklərini dərhal tətbiq etmə imkanı əldə edirlər.
Qiymətləndirmə və sertifikat
Təlimi uğurla bitirən iştirakçılar “HRENGINEERING” MMC tərəfindən rəsmi sertifikatla təltif olunurlar. Sertifikat iştirakçının HR və təlim sahəsində beynəlxalq standartlara uyğun praktiki biliklərə malik olduğunu təsdiq edir.
Təlim mövzuları
I Modul – Təlimçilik işinə giriş və əsaslar
Təlim, seminar və master-klass fərqləri
- Effektiv təlimin prinsipləri
- Təlimçi–iştirakçı münasibətləri
- II Modul – Təlim prosesinin mərhələləri və “5P” modeli
- Planlama
- Hazırlıq
- Model / Nümunə
- Təqdimat
Qiymətləndirmə
- III Modul – Təlimçi bacarıqları və auditoriya ilə iş
- Auditoriyaya təsir texnikaları
İştirakçı tipləri
- Çətin suallar və çətin iştirakçılarla iş
- IV Modul – İnteraktivlik və qarşılıqlı təsir
- İlkin təəssüratın yaradılması
Təlim zamanı motivasiyanın artırılması
- Effektiv məlumat ötürmə metodları
- V Modul – Keyfiyyət yönümlü təlim strategiyaları
Təlim strukturunun hazırlanması
- Tapşırıqların dizaynı
- Yetkin və gənclər üçün təlim yanaşmaları
- VI Modul – Nitq və ritorika
- Nitqin qurulması
- Səs və bədən dilinin idarə olunması
- Təqdimat bacarıqları
- VII Modul – Professional təlimçi
- Peşəkar təlimçi modeli
- Təlimçinin dəyərləri, vizyonu və inkişafı
Trainer

Xəyal Abdullayev
Education, insurance, construction, FMCG and distribution
Xəyal Abdullayev B2B və B2C satış, öyrənmə və inkişaf (L&D), eləcə də təlimçilərin təlimi (TOT) sahələri üzrə ixtisaslaşmış peşəkar təlimçidir. Təhsil, sığorta, inşaat, istehsalat, FMCG və distribusiya sektorlarında zəngin praktiki təcrübəyə malikdir.


