Перевод этой страницы готовится. Содержание показано на азербайджанском языке.

Право и комплаенс

Тренинг по расчёту заработной платы

Расчёт зарплаты в соответствии с Трудовым, Налоговым кодексами и страховым законодательством.

Формат
Очно
Язык
Азербайджанский
Сертификат
HRENGINEERING MMC
Следующая группа
Регистрация открыта
Стоимость
По запросу

Təlimin məqsədi

Əməkhaqqının hesablanması təliminin əsas məqsədi müəssisələrdə əməkhaqqının Əmək Məcəlləsi, Vergi Məcəlləsi, Sosial Sığorta Haqqı, İcbari Tibbi Sığorta haqqında qanunvericilik və digər normativ-hüquqi aktlara uyğun, dəqiq, şəffaf və düzgün şəkildə hesablanmasını təmin etməkdir.

Təlim nəticəsində iştirakçılar

  • Əməkhaqqının hesablanması üzrə qanunvericiliyin bütün tələblərini mənimsəyəcək
  • Vergi və DSMF yoxlamaları zamanı yarana biləcək riskləri minimuma endirmə bacarığı qazanacaq
  • Real hesablamalar üzərindən praktiki payroll bacarıqları formalaşdıracaq

Təlimin məzmunu

  • Respublika və xarici ezamiyyə ödənişlərinin hesablanması
  • Yolayrıma (işə gediş-gəliş vaxtı) ilə bağlı ödənişlər
  • Payroll prosesinin Excel vasitəsilə avtomatlaşdırılması
  • Əməkhaqqı hesablama cədvəllərinin hazırlanması
  • Əməkhaqqı formulları və funksiyalarının praktik izahı
  • Təhsil və yaradıcılıq məzuniyyətlərinin hesablanması
  • Cəmlənmiş uçot və növbəli iş qrafiklərinin tətbiqi
  • Əmsallaşdırma qaydaları və orta əməkhaqqının hesablanması
  • Müavinətlərin hesablanması və tutulmaların tətbiqi
  • Vergi, DSMF və İcbari Tibbi Sığorta hesablamaları

Təlim metodu

  • İnteraktiv yanaşma
  • Tapşırıq əsaslı öyrənmə
  • Real case study-lər
  • Praktiki hesablamalar
  • Excel üzərindən simulyasiyalar

İştirakçı profili

  • HR mütəxəssisləri və HR inzibatçıları (HR Administrator)
  • Kadrlar şöbəsinin əməkdaşları və rəhbərləri
  • Mühasiblər, baş mühasiblər və mühasibatlıq üzrə köməkçilər
  • Payroll (əməkhaqqı) üzrə mütəxəssis olmaq istəyənlər
  • Əmək və Vergi Məcəlləsi üzrə biliklərini təkmilləşdirmək istəyən şəxslər
  • İnsan resursları və maliyyə sahəsində karyeraya yeni başlayanlar
  • Müəssisələrdə hesablamaların düzgünlüyünə cavabdeh əməkdaşlar

Qiymətləndirmə və sertifikat

  • Təlimi uğurla bitirən iştirakçılara “HRENGINEERING” MMC tərəfindən rəsmi sertifikat təqdim olunur
  • Sertifikat iştirakçının HR sahəsində beynəlxalq standartlara uyğun praktiki biliklərə sahib olduğunu təsdiq edir
  • Sertifikat fərqlənmə, müvəffəqiyyət və iştirak səviyyələrini əhatə edir

Təlimin mövzuları

    1. Əməkhaqqı hesablanmasına giriş
  • Payroll sisteminin HR və mühasibatlıqda rolu
  • Normativ hüquqi çərçivə (Əmək Məcəlləsi, Vergi Məcəlləsi və s.)
    1. Əməkhaqqının növləri və tərkibi
  • Əsas əməkhaqqı
  • Əlavələr və kompensasiyalar
  • Əmək şəraitinə görə əlavələr
  • Digər iş funksiyalarına görə əlavələr
    1. Hesablanmış (Gross) və xalis (Net) əməkhaqqı
  • Neft-qaz sektoru üzrə hesablamalar
  • Qeyri-neft və özəl sektor üzrə hesablamalar
  • Dövlət sektoru üzrə hesablamalar
    1. Vergi və sığorta tutulmaları
  • Güzəştli və qeyri-güzəştli əməkhaqqı
  • DSMF tutulmaları
  • İcbari Tibbi Sığorta
  • Gəlir vergisi və digər tutulmalar
    1. Məzuniyyətlər və əməkhaqqı hesablamaları
  • İllik məzuniyyət
  • Təhsil məzuniyyəti
  • Yaradıcılıq məzuniyyəti
  • Orta əməkhaqqının hesablanması
  • Əmsallaşdırma qaydaları
    1. Əlavə ödənişlər və kompensasiyalar
  • Gecə növbəsi
  • Bayram və istirahət günü iş
  • Ezamiyyə ödənişləri (ölkədaxili və xarici)
    1. Müavinətlər
  • Müavinətlərin növləri
  • Vergi və sığorta tutulmasının tətbiqi
  • Praktiki hesablamalar
    1. Cəmlənmiş uçot və növbəli iş
  • Qrafiklərin hazırlanması
  • Saatların uçotu
  • Ödəniş mexanizmləri
    1. Excel-də payroll avtomatlaşdırılması
  • Funksiyalar və formullar
  • Hesablama cədvəllərinin qurulması
  • Praktiki simulyasiyalar

Тренер

Sahil Sabirzadə

Начал карьеру в FINCA Azerbaijan

Sahil Sabirzadə əməkhaqqının hesablanması, əmək münasibətlərinin tənzimlənməsi və payroll proseslərinin idarə edilməsi sahəsində ixtisaslaşmış peşəkar ekspertdir. Karyerasına FINCA Azerbaijan şirkətində başlamış, daha sonra Veysəloğlu Group , Gilan Construction Group , Gilan PSC və Dövlət Sosial Müdafiə Fondu kimi aparıcı qurumlarda müxtəlif məsul vəzifələrdə fəaliyyət göstərmişdir.

Тренинг по расчёту заработной платы Оставить заявку