Təlimin məqsədi
Əmək münasibətlərində tətbiq olunan qanunvericilik normalarını sistemli şəkildə öyrətmək , işəgötürən və işçinin hüquq və öhdəliklərinin düzgün icrasını təmin etmək, hüquqi risklərin qarşısını almaq və qərarvermə prosesində hüquqi savadlılığı artırmaqdır .
Bu təlim HR mütəxəssisləri, rəhbərlər və hüquqi risklərlə üzləşən təşkilatlar üçün praktik yanaşma əsasında hazırlanmışdır.
Təlimin məzmunu
Təlim real iş təcrübələrinə əsaslanan praktiki izahlar və nümunələrlə aparılır:
- Əmək qanunvericiliyinin əsas prinsipləri və tətbiq mexanizmləri
- İşə qəbul, əmək müqaviləsinin bağlanması, məzuniyyət, intizam və xitam proseslərinin qanunauyğun idarə olunması
- Əmək hüququnun əsas anlayışları və normativ baza
- İşçi–işəgötürən münasibətlərində hüquqi yanaşma
- Hüquqi risklərin (müqavilə pozuntuları, intizam tənbehləri, xitam halları və s.) düzgün idarə edilməsi
Təlimin mövzuları
- Əmək qanunvericiliyinin və əmək münasibətlərinin əsas anlayışları
- İşə qəbul sənədləşməsi və əmək münasibətlərinin yaradılması
- Əmək müqaviləsinin məzmunu, ƏMAS sistemi və əmək kitabçası
- İşçi hərəkətliliyi və vəzifə dəyişiklikləri
- Əmək müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi
- İş və istirahət vaxtı ilə bağlı qanunvericilik
- Əməkhaqqının hesablanması və ödəniş qaydaları
- Ezamiyyətlərin rəsmiləşdirilməsi
- Məzuniyyət növləri və sənədləşmə
- Əmək müqaviləsinə xitam və xitam prosedurları
- İntizam tənbehlərinin tətbiqi qaydaları
- Əmək qanunvericiliyinin pozulmasına görə məsuliyyət
- Məşğulluq sahəsində kadr inzibatçılığı
Kimlər üçün nəzərdə tutulub
Bu təlim aşağıdakı şəxslər üçün nəzərdə tutulub:
- İnsan resursları, hüquq və idarəetmə sahəsində çalışan mütəxəssislər
- HR menecerləri və rəhbərlər
- İşə qəbul, əmək müqaviləsi, intizam və xitam proseslərinə cavabdeh şəxslər
- İşçi–işəgötürən münasibətlərini qanun çərçivəsində idarə edən koordinatorlar
- Əmək münasibətlərində hüquqi riskləri minimuma endirmək istəyən peşəkarlar
Qiymətləndirmə və sertifikatlaşdırma
- Təlimi uğurla başa vuran iştirakçılara HRENGINEERING MMC tərəfindən rəsmi sertifikat təqdim olunur
- Sertifikat iştirakçının HR sahəsində beynəlxalq standartlara uyğun praktik biliklərə sahib olduğunu təsdiqləyir
- Qiymətləndirmə meyarları: iştirak, fəallıq və praktiki tapşırıqlar
Тренер

Müşfiq Əmircanov
Многолетний опыт в банковском и государственном секторе
Müşfiq Əmircanov insan resurslarının idarə edilməsi sahəsində uzunmüddətli praktiki təcrübəyə malik peşəkar HR eksperti və təlimçidir . Karyerası boyunca bank və dövlət sektorunda insan resurslarının əsas istiqamətləri üzrə rəhbər vəzifələrdə çalışmışdır.


