Təlimin məqsədi
Bu təlimin məqsədi iştirakçılara dövlət satınalmalarının hüquqi, inzibati və praktiki əsaslarını öyrətmək, satınalma planlaşdırılmasından müqavilə bağlanmasına qədər bütün mərhələlər üzrə bilik və bacarıqları inkişaf etdirməkdir. Təlim real nümunələr, praktiki tapşırıqlar və normativ sənədlər üzərindən dövlət satınalmalarının tətbiq mexanizmini peşəkar səviyyədə mənimsətməyə yönəlib.
Təlimin metodu
- İnteraktiv yanaşma
- Case study və real nümunələr
- Praktiki tapşırıqlar
- Sənəd analizi və simulyasiyalar
Təlimin məzmunu
- Dövlət satınalmalarının hüquqi əsasları və normativ aktlar
- Satınalma metodları və tətbiq şərtləri
- Tenderin təşkili və sənədləşmə tələbləri
- İddiaçıların qiymətləndirilməsi və müqayisə meyarları
- Müqavilələrin bağlanması və icra nəzarəti
- Texniki tapşırığın hazırlanması
- Tender komissiyasının fəaliyyəti
- Praktiki case study-lər və simulyasiyalar
İştirakçı profili
- Maliyyəçilər və büdcə-planlaşdırma üzrə mütəxəssislər
- Satış və marketinq mütəxəssisləri, dövlət satınalmalarında iştirak etmək istəyən şirkət nümayəndələri
- Satınalma sahəsində ixtisaslaşmaq və biliklərini təkmilləşdirmək istəyən şəxslər
- Dövlət satınalmaları sahəsində karyera qurmaq və ya bu sahəyə keçid etmək istəyənlər
- Hüquqşünaslar və hüquq sahəsində çalışan mütəxəssislər
- Dövlət və özəl sektorda satınalma prosesinə məsul olan əməkdaşlar
Təlimin keçiriləcəyi dil
Azərbaycan dili / İngilis dili
Qiymətləndirmə və sertifikat
Təlimi uğurla bitirən iştirakçılara “HRENGINEERING” MMC tərəfindən rəsmi sertifikat təqdim olunur.
Sertifikat iştirakçının dövlət satınalmaları sahəsində beynəlxalq standartlara uyğun praktiki biliklərə sahib olduğunu təsdiq edir.
Sertifikatlar fərqlənmə, müvəffəqiyyət və iştirak səviyyələrinə uyğun verilir.
Təlim modulları
Modul 1: Dövlət Satınalmalarının Planlaşdırılması və Təşkili Modul 2: Malların, İşlərin və Xidmətlərin Satınalınması Modul 3: Təchizatçıların Uyğunluq Göstəriciləri Modul 4: Satınalma Metodları və Tətbiq Şərtləri Modul 5: Çərçivə Sazişi Modul 6: Mikro, Kiçik, Orta və İri Sahibkarlıq Subyektlərinin İştirakı Modul 7: Elektron Satınalma Modul 8: Tələb Edilən Zəmanətlər Modul 9: Uyğunluq Sənədlərinin və Təkliflərin Qiymətləndirilməsi Modul 10: Şikayətlər və Apellyasiya Mexanizmləri Modul 11: Nazirlər Kabinetinin Qərarları və Normativ Baza Modul 12: Müqavilələrin Hazırlanması və İdarə Olunması Modul 13: Cərimələr və Hüquqi Məsuliyyət Modul 14: Praktik Müzakirələr və Case Study
Trainer

Mətanət Səmədova
10+ years in public institutions
Mətanət Səmədova dövlət satınalmaları sahəsində 10 ildən artıq təcrübəyə malik peşəkar mütəxəssisdir. O, müxtəlif dövlət qurumlarında satınalmaların təşkili, müqavilələrin icrası və təchizat proseslərinin idarə olunması üzrə geniş praktiki bilik və bacarıqlara sahibdir.


